Dərc edildi: Baxış sayı: 1472
Xroniki otit – Qulaqların iltihab bəlası
Əgər qulaqda bir dəfə iltihabi proses olan otit yarandısa, insan uzun illər onunla mübarizə aparmalı olur. Gah itir, gah sağalır, gah da yenidən başlayır.
İrinli otitin yaranma səbəbi infeksiyalardır. Əgər vaxtında yüngül bir ağrı, irin əlaməti gördükdə, həkimə müraciət edilməsə, sonrakı proqnozlar xoş olmur.
Medicina.az xəbər verir ki, otit eşitmə qabiliyyətini zəiflətdiyi, hətta karlığa səbəb olduğu üçün bu funksiyanı tam bərpa etmək otiti vaxtında müalicə etməkdən asılıdır. Əgər otit xronikləşsə, iltihabi proses kəllə daxili strukturlara kimi yayılır, hətta meningit və absesə səbəb olur.
Əlamətləri:
Beynəlxaq təsnifata görə, xroniki irinli otit zamanı ən azı 2 həftə ərzində qulaqdan irin kütləsinin gəlir. Statistikaya görə, bu patologiya yer əhalisinin 2-3%-də rast gəlinir. Daha çox 18 yaşına kimi insanlarda rast gəlinir.
İrin kəlləyə kimi gedib çıxdığına, eşitməni bəzən tam pozduğuna görə otit həkimlər üçün ciddi və qorxulu xəstəliklər siyahısındadır.
Otiti stafilakokk, klebsiella, protey kimi bakteriyalar oyadır, eləcə də streptokoklar iltihabi proses verə bilər. Bəzən otiti patogen bakteriya və müxtəlif göbələklər də törədir.
Qulaq çöpü
Qulaq çöpü ilə ehtiyatsız, dərim təmizləmə zamanı barabanın tamlığı pozularsa, pərdə zədələnərsə bu zaman da iltihabi proses işə düşür.
Əgər bir insanda anedoidlər, haymorit, burunda xroniki iltihab prosesi varsa, o qulağa da keçə bilər.
Uzun müddət ağır xəstəlikdən, tez-tez qrip virusu keçirdikdə, həmçinin immunitet düşdükdə də otit başlayır.
Əlamətləri:
-Qulaqdan irinli axıntı
-İrində qan izləri
-Ağrı
-Qulaq tutulması
-Eşitmə zəifliyi
-İrin sümüklərə çatdıqda qulaqdan, ümumiyyətlə xəstənin başından pis qoxu gəlir
-Başgicəllənmə
Diaqnostika
LOR həkim tərəfindən instrumental diaqnostika ilə aparılır. Otoskopiya, mikrootoskopiya, audiometriya, elektroxleoqrafiya və s. İrindən əkmə olunur. Daha ağır formalarda kəllə və sümüklərin vəziyyətinə baxmaq üçün KT olunur. Həkim antibakterial dərmanlar yazır, yerli iltiihab əleyhinə dərman, mazlar təyin olunur. Ağır hallarda irini təmizləmək üçün cərrahi müdaxilə olunur.
Ona görə qulaqda istənilən xoşagəlməz axıntı, hissiyat olduqda həftələrlə gözləmədən LOR həkimə müraciət edin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət