Dərc edildi: Baxış sayı: 750
Xramçixin: Qarabağda savaş başlasa, Rusiya...
Əgər Azərbaycanla Ermənistan arasında Qarabağ bölgəsində savaş başlasa, Rusiya birmənalı şəkildə buna müdaxilə etməyəcək.
Ens.az Konkret.az-a istinadən xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib. Onun sözlərinə görə, Gümrüdəki Rusiya bazası Azərbaycanın yox, Qafqazdakı xarici oyunçuların qarşısını almağa yönəlib:
“Başqa sözlə, Azərbaycanla ərazi mübahisəsi Ermənistanın özünün şəxsi məsələsidir. Əgər konflikt Ermənistan-Azərbaycan sərhədində baş versə, o zaman Rusiyanın hansı mövqe tutacağı aydın deyil. Əgər Qarabağda savaş başlasa, Rusiya dəqiq olaraq buna müdaxilə etməyəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət