Slimfit
  1. PSİXOLOGİYA

Xoşbəxtliyin 5 sadə qaydası

Xoşbəxtliyin 5 sadə qaydası
Sakura

Xoşbəxtliyin 5 sadə qaydası

Xoşbəxtliyinizin qarşısındakı tək maneə sizsiniz, desək?

Qıraqdan baxanda çox xoşbəxt görünüb amma əslində özünüzü bədbəxt hiss edirsiniz? Əgər həqiqətən özünüzü bədbəxt hiss etməyinizə heç bir səbəb yoxdursa, bədbəxtliyinizin əsl səbəbi elə özünüzsünüz…

“Mən niyə bədbəxt olmaq istəyim ki?” sualını verə bilərsiniz. Hər sahədə yaratdığınız maneələrlə, özünüzün də xəbəriniz olmadan həyatınızı məhv edirsiz.
Panikaya düşməyin, bunun da bir çarəsi var. Öz xoşbəxtliyinizin qarşısına sədd çəkməməyiniz üçün sizə bir neçə tövsiyəmiz var.

Əvvəla özünüzə şübhə ilə yanaşmağı kənara qoyun

Özünüzə qarşı yönəltdiyiniz konstruktiv tənqiddə heç bir problem yoxdur, hətta sizin inkişafınıza kömək edəcək. Ancaq, hər hansı bir işi bacaracağınızdan şübhə etsəniz, o zaman özgüvəninizi yerlə bir etmiş olacaqsınız. Bir müddətdən sonra verdiyiniz qərarlardan da əmin olmayacaqsınız.

Başqalarının haqqınızda nə düşündüyünə və nə danışdığına fikir verməyin

Davranış və qərarlarınızla hər kəsi razı sala bilmərsiniz. Ona görə addımlarınızı öz hisslərinizə güvənərək atın. Əgər bir şey sizi xoşbəxt edəcəksə, ondan başqalarının fikrinə görə imtina etməyin.

Keçmişə ilişib qalmağınız sizin indiki həyatınızı məhv etməkdən başqa bir işə yaramaz

Həyat elədir ki, hər kəsin başına pis hadisələr gələ bilər. Ayrılıq, məyusluq, uğursuzluqlar və keçmişdə sizi utandıran bütün hadisələr elə keçmişdə qalıb.Bunlar sizin də başınıza gəlmiş ola  bilər. İndi edəcəyiniz yalnız bir şey var. O da bu hadisələrin sizə nə öyrətdiyini qavramaq və bu düşüncəylə həyata davam etməkdir. 

Doğru insanla birlikdə olmadığınızı etiraf edin

Sizə əks olan xasiyyət və hərəkətlərini görsəniz də, sevdiyiniz bir neçə xüsusiyyətinə görə “mükəmməl insan” kateqoriyasından çıxarmağa qıymadığınız partnyorunuz sizin üçün doğru insan deyil. Hətta xəbəriniz olmadan sizin özgüvəninizi və xoşbəxtliyinizi oğurlayır. Qərar verəcək insan sizsiniz. Yalnız qalmamaq üçün bədbəxt bir həyat yoxsa cəsur olub doğru insanı axtarmagı seçəcəksiniz? 

Narahatlığa əsas yoxdur

Öz peşənizi sevmirsinizsə və ya əsl sevginizi hələ də  tapmamısınızsa narahat olmayın. Həyatda bütün bunlar üçün xüsusi bir proqram yoxdu.Onsuz da bu nigarançılıqla öz istədiyinizi əldə etmiş olmursunuz. Xoşbəxt olacağınız anlarda narahatçılığa yer verirsinizsə, özünüz öz əllərinizlə xoşbəxtliyinizə sədd çəkmiş olursunuz. Əgər gələcəkdə olacaq şeylər üçün indidən narahat olsanız, bu anın gözəlliklərini görməyəcəksiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR