Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Xoşbəxt olmaq formulu - Nevroloqdan məsləhət

Xoşbəxt olmaq formulu - Nevroloqdan məsləhət
Sakura

Xoşbəxt olmaq formulu - Nevroloqdan məsləhət

Psixoloqlar məsləhət görürlər ki, vaxtaşırı vərdişlərinizi dəyişin, məsələn: təzə hobbiyə başlayın və yaxud geyim tərzinizi dəyişin. Bütün bunlardan sonra həqiqətən əhəmiyyətli dəyişiklikləri özünüz də hiss edəcəksiniz

Sputnik. "Həyatınızda hər şey yolunda getməyə bilər, bəzən problemlər, stress, gərginlik yaşaya bilərsiniz. Amma bu həmişə pis əhvalda olmanızı gərəkdirməz. Bir neçə addım sizin əhvalınızın xoş olması üçün kifayət edəcək".

Ens.az Sputnik-ə istinadən verdiyi xəbərə görə, bu barədə nevroloq Qalib Əsədov məlumat verib.

O qeyd edib ki, həmişə xoş əhvalda olmaq istəyirsinizsə, özünüzü idarə etməyi öyrənin. Kiçik şeylərə görə inciməyin. Çalışın ki, sizə yaxın olan insanlarla mübahisə etməyəsiniz, onları bağışlayın. Bağışlayaraq siz hirs və qısqanclıq hisslərindən azad olursunuz, hansı ki bu ilk növbədə sizi məhv edir.

"Dünyaya yumor hissi ilə baxmağa çalışın. Hətta əgər siz narahat olur və ya çətin bir vəziyyətə düşürsünüzsə, buna rəğmən gülümsəyin və deyin ki, "bu da keçəcək". İnanılmazdı, amma buna həqiqətən inansanız, onda pis şeylər doğurdan da keçəcək. Bütün dünyaya küsərək evdə oturmayın! Əmin ola bilərsiniz ki, küçədə, dostların-tanışların əhatəsində əhval-ruhiyyə pis olmur! Sübut olunmuşdur", - deyə o qeyd eidb.

Onun sözlərinə görə, pis əhval-ruhiyyədən qurtulmaq üçün həyatınıza yeniliklər gətirməlisiniz.

Psixoloqlar məsləhət görürlər ki, vaxtaşırı vərdişlərinizi dəyişin, məsələn: təzə hobbiyə başlayın və yaxud geyim tərzinizi dəyişin. Bütün bunlardan sonra həqiqətən əhəmiyyətli dəyişiklikləri özünüz də hiss edəcəksiniz: "İstirahət etməyi bacarın! Hansısa çətin işi yerinə yetirdikdə xoş bir şey haqda düşünün. Məsələn dostlarınız və yaxud sevdiyinizlə görüş barədə. Üzgüçülüklə məşğul olun. Su tonus və əhval-ruhiyyənizi qaldıraraq bədənə istirahət etməyə kömək edir. Dayanın və düşünün. Bəzən insanlar düşünməyə vaxt tapa bilmirlər ki, bilsinlər hansı istiqamətdə hərəkət etməlidirlər. Otağınızı müntəzəm təmizlədiyiniz kimi fikirlərinizi, məqsədlərinizi və münasibətlərinizi də qaydaya salmalısınız".

Nevroloqun sözlərinə görə, həyata daha asan münasibət bəsləmək lazımdır.

Buna görə də çalışmaq lazımdır ki, diqqətinizi ancaq indi gördüyünüz işə yetirəsiniz. Kiçik nailiyyətlərinizə də sevinin. Həyat kədərlənmək və özünü günahlandırmaq üçün çox qısadır!

Və ən sonda nevroloq qeyd edib ki, həyat özü bir hərəkətdir. Bu gün sizin üçün faciə olan bir şey sabah sizin üzünüzü güldürə bilər. Bəs boşuna demirlər ki, gecənin xeyrindən gündüzün şəri yaxşıdır: "Xoşagəlməz şeyləri unudun. Hərəkət edin ki, sizin hisləriniz də hərəkət etsin. Unutmayın ki, siz öz hislərinizə və emosiyalarınıza görə məsuliyyət daşıyırsınız.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR