Slimfit
  1. MARAQLI

Xoşbəxt evliliyin 3 sirri

Xoşbəxt evliliyin 3 sirri
Sakura

Xoşbəxt evliliyin 3 sirri

Ailənin uzun müddətli olmasının başlıca şərti sevgidir. Qarşılıqlı sevgi olmadan münasibətlərin sağlam şəkildə davam etməsi mümkün deyil. Sevginin ifadə dili insanlara görə dəyişdiyindən cütlüklərin bir-birinin sevgi dilini bilməsi vacibdir.

Publika.az xəbər verir ki, bununla bağlı ABŞ-ın Nebraşka Universiteti araşdırma aparıb.

Araşdırmada bildirilib ki, evlilikdə sevgi yaradan ifadə “səni sevirəm” deməkdir. Amma bundan başqa ifadələr də var. Xoşbəxt evliliyin birinci şərti birlikdə vaxt keçirmək, ikincisi bir-birini dəstəkləmək, üçüncüsü xidmət davranışıdır.

Xidmət məsələsində qadının kişinin yeməyini hazırlaması, qadın xəstə olanda isə kişinin onun qayğısına qalmasını misal gətirə bilərik.

Araşdırmadan çıxan nəticəyə görə, üç özəllik də əslində, sevgini ifadə etmə dilidir. Bu ifadə tərzlərini çoxalda və insandan-insana dəyişə bilərik. Məsələn, bəziləri üçün sevgi dili hədiyyə alıb-vermək, digərləri üçün fiziki təmas, başqa biriləri üçün isə birlikdə söhbət etmək ola bilər. Bir insanın sevgi dillərinin sayı çox ola bilər. Amma o bir neçəsini daha çox istifadə etməyə meyilli olur. Bir insanın göstərilən sevgini anlayıb-anlamaması da sevgi dilini müəyyən edər.

Məsələn, sevgi dili hədiyyə almaq olan qadın qarşısındakına sevgisini hiss etdirmək üçün hədiyyə alar. Kişi isə həyat yoldaşının hədiyyə sevdiyini bildiyi halda almazsa, qadın sevilmədiyini düşünər.

Valideynləri tərəfindən toxunularaq sevilən uşaq ailə quranda da fiziki təmasla sevildiyini hiss edər. Bu, onun sevgi dilidir.

Sevginin evlilik üçün önəmini düşünəndə cütlüklərinin bir-birinin sevgi dilini bilməsinin vacib olduğu bir daha anlaşılır.

Məsələn, bəzi cütlüklər fədakarlığı sevgi dili olaraq şərh etmir. Əslində, bu davranış da bir sevgi dilidir. Məsələn, kişilər qadına hədiyyə alanda özünün də istifadə edəcəyi əşya almamağa önəm verməlidir. Çünki evdə başqasının da istifadə edə biləcəyi hədiyyə almaq eqoizmdir. Belə bir hədiyyə almaq sevgi ifadəsi deyil. Qadın isə çox istədiyi, ancaq bahalı olduğuna görə bir əşyanı almaqdan imtina etməklə fədakarlıq etmiş olar. Bu belə kişini xoşbəxt edəcək və sevgi göstəricisidir.

Gülxar

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR