Slimfit
  1. DÜNYA

Xorvatiyada ƏDV-nin dərəcəsini azaltmaq planı təxirə salınıb

Xorvatiyada ƏDV-nin dərəcəsini azaltmaq planı təxirə salınıb
Sakura

Xorvatiyada ƏDV-nin dərəcəsini azaltmaq planı təxirə salınıb

Xorvatiya hökumətinin yaydığı açıqlamaya əsasən 2020-ci ilə qədər planlaşdırılmış əlavə dəyər vergisinin (ƏDV) aşağı salınması təxirə salınır. Bununla belə, gələn ildən bəzi əsas mallar üçün bu verginin dərəcəsinə yenidən baxılacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda 25 faiz olan ƏDV dərəcəsinin gələn il yanvarın 1-dən 24 faizə endirilməsi nəzərdə tutulmuşdu. Lakin bu addımın bir il gec - 2020-ci il yanvarın 1-dən atılacağı qərara alınıb. Həmçinin 13 faizlik aşağı salınmış tarif isə əvvəlki kimi ət, balıq, meyvə və göyərti kimi məhsullara tətbiq olunacaq.

Xorvatiyada ƏDV-nin üç dərəcəsi tətbiq edilir: 25 faizlik standart dərəcə (bu, Avropa İttifaqında Macarıstandan sonra ən yüksək göstəricidir), 13 faizlik dərəcə və 5 faizlik dərəcə. 5 faizlik dərəcə müəyyən çap nəşrlərinə, mədəni tədbirlərdə iştiraka, mehmanxanada qalmağa, dəfn xidmətlərinə, elektrik enerjisi tədarükünə, tullantıların idarə edilməsi sahəsində bəzi xidmətlərə, qida yağlarına və piylərə, uşaq yeməklərinə, eləcə də heyvan yemlərinə tətbiq edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR