Xokinqin məkan-zamanla bağlı proqnozu təsdiqləndi
Ens.az xəbər verir ki, Vaterlou Universitetinin (Kanada) və Maks Plank İnstitutunun (Almaniya) alimləri cazibə qüvvəsi dalğalarının "əks-sədası" nın araşdırılmasının ilkin nəticələrini açıqlayıblar ki, bu da Xokinqin məşhur nəzəriyyəsini təsdiqləyir.
Tədqiqatın xülasəsi Vaterlou Universitetinin saytında yerləşdirilib.
Nəzəriyyəçilər qravitasiya dalğalarının kosmik zamanın "yarıqları" olduğuna inanırlar. Onlara görə bu yarıqlar böyük kosmik obyektlərin, məsələn, neytron ulduzları və ya qara dəliklərin toqquşması nəticəsində yaranır.
2017-ci ildə xüsusi detektorlardan istifadə edən LIGO əməkdaşlığı ilk dəfə neytron ulduzlarının toqquşması nəticəsində yaranan cazibə dalğalarının siqnallarını qeydə almağı bacarmışdı. Yəni araşdırmada da məhz bu məlumatlardan istifadə edilib.
Araşdırma Qara dəlik hadisəsi üfüqünün əvvəllər düşündüyündən daha mürəkkəb ola biləcəyini göstərib. Məşhur İngilis fiziki Stiven Xokinqin nəzəriyyəsində söylədikləri də məhz budur.
"Eynşteynin Ümumi Nisbiilik nəzəriyyəsinə görə, hadisə üfüqi olaraq bilinən geri dönüş nöqtəsindən keçdikdən sonra heç bir şey qara dəlik buraxa bilməz" deyə Vaterlou Universitetinin fizika və astronomiya professoru Niaeş Afşordi izah edir. Nə qədər ki, Xokinq kvant mexanikasından istifadə edərək kvant hissəciklərinin yavaş-yavaş qara dəliklərdən çıxacağını proqnozlaşdırmamışdı bütün alimlər bunu beləcə də qəbul edirdi. İndi bu hadisəni Xokinq radiasiyası adlandırırıq. "
Uzun müddət alimlər Xokinqin proqnozunu eksperimental olaraq təsdiqləyə bilmirdilər, buna görə Eynşteynin nəzəriyyəsi doğru hesab edilirdi.
Qeyd edək ki, S.Xokinq tarixən mövcud olan "Böyük partlayış" nəzəriyyəsini daha da inkişaf etdirmişdir. Onun fikrinə görə dəliklər əbədi deyil və onlar "buxarlanma" qabiliyyətinə malikdir. Özündən əvvəlki bir çox kosmoloqlar kimi o da iddia etmişdir ki, digər qalaktikalar bizdən uzaqlaşır və kainat genişlənir. Belə ki, biz fincanın stolun üstündən düşüb sınmasını görürük, amma heç kim sınan qəlpələrin bitişərək geri qayıtdığının görməmişdir. Kainatın genişlənməsi ilə nizamsızlıq artır, bu isə gələcəyi keçmişdən fərqləndirir və zamanın istiqamətini müəyyən edir. Əgər kainat sıxılsaydı, zamanın gedişi istiqamətini dəyişər və insanlar getdikcə gəncləşərdilər. Bu isə "Böyük partlayış"-ın əksi olan "Böyük sıxılma" nəticəsində kainatın məhvinə gətirərdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət