Slimfit
  1. CƏMİYYƏT

Xocalı və Xankəndiyə köçəcək şəxslərin NƏZƏRİNƏ

Xocalı və Xankəndiyə köçəcək şəxslərin NƏZƏRİNƏ
Sakura

Xocalı və Xankəndiyə köçəcək şəxslərin NƏZƏRİNƏ

Bu il Xocalı və Xankəndiyə də məcburi köçkünlər köçürüləcəklər.

Ens.Az-ın məlumatına əsasən,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, 2024-cü ildə Xocalı şəhəri və rayonun Malıbəyli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin köçürülməsi nəzərdə tutulub.

Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən 2024-cü ildə köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələri, eləcə də adıçəkilən ərazilərdə qeydiyyatda olan məcburi köçkünlərin sorğusu həyata keçirilir.

Qeyd edilib ki, doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görülür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparılır, köçürülmənin texniki-təşkilati məsələləri həll olunur.

Xocalı şəhəri və rayonun Malıbəyli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə həmin yerlərdə qeydiyyatda olan məcburi köçkünlər işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş, eyni zamanda yenidən inşa edilən bütün zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.

Yenidən inşa edilən mənzillərə köçürülmə ilə bağlı siyahı ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələr arasından seçilir və onların yerləşdirilməsində obyektivlik və şəffaflıq püşkatma yolu ilə təmin edilir.

Həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində bu günədək neçə yaşayış məntəqəsinə köç olduğu və 2024-cü ilin sonunadək nə qədər əhali köçürüləcəyi açıqlanıb.

Bu ilin sonunadək ən azı 20 yaşayış məntəqəsi olmaqla, 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünün qayıdışının həyata keçirilməsi planlaşdırılıb. Hazırda yüzdən çox şəhər və kəndin baş planı təsdiqlənib və bir çox şəhər və kənddə inşaat işləri aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR