Dərc edildi: Baxış sayı: 261
Xocalı sakini: Biz o günləri hələ də ürək ağrısı ilə xatırlayırıq
Xocalı faciəsindən 32 il keçməsinə baxmayaraq, biz faciə şahidləri o günləri hələ də ürək ağrısı ilə xatırlayırıq. Bir tərəfdən də sevinirik ki, Xocalı soyqırımı qurbanlarının ruhları 32 ildən sonra şaddır.
Ens.Az-ın məlumatına əsasən,bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xocalı sakini Xəyyam Cəfərov deyib.
Soyqırımı zamanı onun qohumlarından on nəfər şəhid olub.
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tarixi ədaləti bərpa etdi. Qarabağ öz sahiblərinə qaytarıldı. Bu gün faciə qurbanlarının ruhları şaddır ki, biz qayıtmışıq. Buna görə də Prezidentimizə, Rəşadətli Azərbaycan Ordusuna təşəkkürümü bildirirəm", - deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət