Türkiyədə yayımlanan “Savaşçı” serialının son bölümündə Azərbaycandakı Xocalı faciəsi barədə süjet hazırlanıb
“Ölkə.Az” xəbər verir ki, serialda azərbaycanlı zabit rolunu canlandıran aktyor Kənan MM bir səhnədə Xocalı faciəsi barədə geniş məlumat verib. Senariyə uyğun olaraq yüzbaşı Bəxtiyar Yörük Haydara Xocalı faciəsi barədə məlumat verir.
Kənan MM “Ölkə.Az”a məsələ ilə bağlı açıqlamasında deyib:
“Gəldiyim gündən istəyirdim Xocalı haqqında bir səhnə olsun. Mən də rejissor və senaristdən xahiş etdim ki, bu seriala Azərbaycanda da baxırlar, bu fürsəti, imkanı dəyərləndirmək, Xocalı faciəsini bir daha işıqlandırmaq, 80 milyonluq Türkiyə cəmiyyətinə bir daha Xocalı faciəsi haqqında məlumat vermək lazımdır. Özüm də filmdə türkcə danışdım ki, nəinki Türkiyə, hətta bütün türkdilli dövlətlərdə başa düşülsün. Rejissor və senarist mənə tam sərbəstlik verdilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət