Slimfit
  1. AZƏRBAYCAN

Xocalı ağrısını yaşadan “Ağrı” romanı Azərbaycan dilində...

Xocalı ağrısını yaşadan “Ağrı” romanı Azərbaycan dilində...
Sakura

Xocalı ağrısını yaşadan “Ağrı” romanı Azərbaycan dilində...

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə “Ağrı” bədii-sənədli əsərini nəşr edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əsər Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunub. İsrail müəllifləri Əmir və Arye Qutun ərsəyə gətirdiyi roman Azərbaycan xalqının unudulmaz Xocalı ağrısını real hadisələr və sənədli materiallar əsasında işıqlandırmaqla yanaşı, baş vermiş faciənin insan talelərinə vurduğu zədələrdən, beynəlxalq aləmin, hələ də bu bəşəri haqsızlığa laqeyd, susqun münasibətindən bəhs edir.

Əsərdə göstərilən faktlar Xocalı soyqırımının təfərrüatlarının üzə çıxarılması, törədilmiş tarixi cinayətlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması baxımından fundamental əhəmiyyətə malikdir.

Bir neçə xarici dildə nəşr olunmuş kitabı dilimizə tanınmış Azərbaycan yazıçısı, tərcüməçi Saday Budaqlı çevirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR