Xocahəsəndə qaz təsərrüfatında yenidənqurma işləri aparılır
Bakı şəhəri Binəqədi rayonunun Xocahəsən qəsəbəsində yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması üçün aparılan işlər geniş vüsət alıb.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən Metbuat.az-a verilən məlumata görə, hazırda qəsəbəni təbii qazla təmin edən diametri 219 mm olan korroziyaya uğramış yerüstü qaz xətlərinin yeni 250 mm-lik polietilen yeraltı qaz xətləri ilə əvəzlənməsi işləri həyata keçirilir. Uzunluğu 4800 metr təşkil edəcək həmin qaz kəmərinin çəkilişinə başlanılıb və 600 metrə yaxın hissəsində isə artıq işlər tamamlanıb. İşlərin tez br zamanda başa çatdırılması üçün Birliyin təmir-tikinti briqadaları tərəfindən gün ərzində asfalt və torpaq örtüyünün qazılaraq daşınması, yeni qaz kəmərinin texniki parametrlərə uyğun olaraq çəkilməsi və üzərinin torpaqla bağlanması işləri aparılmaqdadır.
Qeyd edək ki, yeni kəmərin çəkilişi ilə əlaqədar adı çəkilən qəsəbədə yaşayan abonentlərin qaz təchizatında heç bir fasilə yaranmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət