Slimfit
  1. CƏMİYYƏT

Xızıda karantin rejimini pozan 15 nəfər məsuliyyətə cəlb olundu

Xızıda karantin rejimini pozan 15 nəfər məsuliyyətə cəlb olundu
Sakura

Xızıda karantin rejimini pozan 15 nəfər məsuliyyətə cəlb olundu

Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ölkədə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər çərçivəsində rayonun giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması üçün patrul xidməti yerinə yetirilir.

 

Postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər yoxlamalardan keçirilir. Səbəbsiz yerə yaşayış məkanlarını tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat məbləğində cərimə edilirlər.

Ümumilikdə, bu günədək Xızı RPŞ-nin əməkdaşları tərəfindən karantin rejimini pozan 2 obyekt sahibi, eləcə də müvafiq qaydada icazəsi olmadan çölə çıxan 13 vətəndaş barəsində inzibati qaydada tədbirlər görülüb.

 

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR