Slimfit
  1. CƏMİYYƏT

Xızıda ağacəkmə aksiyası keçirilib

Xızıda ağacəkmə aksiyası keçirilib
Sakura

Xızıda ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Xızı rayonunda ağacəkmə aksiyası keçirilib. 

"Report"un məlumatına görə, rayon sakinləri aksiyada fəal iştirak ediblər.

Sakinlər rayonun iqlim şəraitinə uyğun və dözümlü, eləcə də dekorativ cəhətdən yaraşıqlı olan xeyli sayda şam və zeytun ağacları əkiblər. Həmçinin tədbir keçirilən ərazidə alaq otlarını və tullantıları təmizlənib və yeni əkilmiş ağaclara qulluq göstərilərək, suvarma işləri aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bal verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.

Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR