Slimfit
  1. MARAQLI

XIX əsrdə Bakı qadınları necə geyinirdi?

XIX əsrdə Bakı qadınları necə geyinirdi?
Sakura

Təmtəraqlı və zövqlü: məşhur fotoqraf XIX əsrdə Bakı qadınlarının necə geyindiklərini nümayiş etdirib

Nigar Tahirovanın retro layihəsi üçün iki tanınmış azərbaycanlı dizayner ölkənin şəhər və qəsəbələrindən toplanmış kolleksiyalarından zərgərlik əşyaları, kostyumlar və aksessuarlar təqdim edib.

Ens.az Sputnik Azərbaycana istinadən xəbər verir ki, azərbaycanlı fotoqraf Nigar Tairova 19-cu əsrdə Bakıda qadınların necə geyindiyini göstərən "Keçmişin ilğımları" layihəsini təqdim edib.

Layihənin məqsədi o dövrün gözəl qadınlarının bənzərsiz və rəngarəng təsvirlərini yenidən canlandırmaqdır. Çəkilişlərdə bu antik əşyaların axtarışı üçün ölkənin bütün şəhərlərini, kəndlərini gəzən iki azərbaycanlı dizayner-kolleksiyaçı Ruslan Hüseynov və Fuad Cəbrayılovun kolleksiyasından olan zərgərlik əşyaları, paltarlar və aksesuarlardan istifadə olunub.

Azərbaycanlı fotoqraf Nigar Tahirovanın "Keçmişin ilğımları" layihəsi

"Ötən əsrlərdə Azərbaycan qadınlarının nəcə göründüyü barədə məlumat əldə etmək üçün İnternetdə axtarışlar etdim, ancaq təəssüf ki, ətraflı bir şey tapa bilmədim. Sonra ağlıma video layihə həyata keçirmək və qadınlarımızın köhnə təsvirlərini yenidən yaratmaq ideyası gəldi. O zamanlar təmtəraqlı və zövqlə geyinirdilər. Debüt videomda 19-cu əsrin bir bakılı qadınının görüntüsünü göstərdim "deyə Tahirova əlavə edir.

Çarxı videoqrafçı Tural Hüseyn çəkib, obrazların yaradılması işini isə Elnarə Həmidova görüb. Nigar Tahirovanın sözlərinə görə, videoda göstərilən paltarı geyinməkdən ilk əvvəl çəkinirdi çünki onun sözlərinə görə bəzi geyimlərin təxminən 150 yaşı vardı.

Qeyd edək ki, "Keçmişin İlğımları" layihəsi çərçivəsində Tahirova, ötən əsrdə Azərbaycanın bütün böyük şəhərlərində yaşayan qadınları şəkillərini canlandırmağı nəzərdə tutur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR