Slimfit
  1. DÜNYA

Xing Qu: UNESCO-nun Azərbaycan kimi fəal ölkələrə ehtiyacı var

Xing Qu: UNESCO-nun Azərbaycan kimi fəal ölkələrə ehtiyacı var
Sakura

Xing Qu: UNESCO-nun Azərbaycan kimi fəal ölkələrə ehtiyacı var

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov bu təşkilatın baş direktorunun yeni təyin olunmuş müavini Xing Qu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, A.Kərimov Azərbaycan-UNESCO münasibətləri haqqında məlumat verərək, 2017-ci ildə əlaqələrin 25 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu bildirib. Azərbaycanın UNESCO-nun gənc üzvü olmasına baxmayaraq, qısa müddətdə onun ən fəal üzvlərindən birinə çevrildiyini, qurumun mədəniyyət, elm, təhsil və kommunikasiya kimi əsas fəaliyyət sahələrində uğurlu əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdırıb.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv olan Azərbaycanın milli və beynəlxalq səviyyədə mədəni irsin qorunması ilə bağlı fəaliyyəti və bu istiqamətdə verdiyi geniş töhfələrdən bəhs edilib.

Səfir, həmçinin 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Bakı Prosesi”nin irəli sürüldüyünü, hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan UNESCO-nun bir sıra layihələrini maliyyələşdirir.

A.Kərimov Azərbaycan-UNESCO əlaqələrinin yüksək səviyyəyə gəlib çatmasında ölkənin Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi töhfələrinin olduğunu qeyd edərək, ölkəmizin bundan sonra da təşkilatla sıx əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə, həmçinin UNESCO Baş direktorunun təşəbbüsü ilə aparılan islahatlar, təşkilatın siyasiləşdirilməsi təhlükəsi, quruma intellektualların və tanınmış elm xadimlərinin cəlb edilməsi, onun mədəniyyət, elm və təhsil vasitəsilə sülhə xidmət etməsi kimi vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş direktorun müavini X. Qu ölkəmizin UNESCO-nun vacib tərəfdaşı olduğunu qeyd edərək, münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. O, UNESCO-nun hazırkı qlobal çağırışlar dövründə Azərbaycan kimi fəal ölkələrə, onların təcrübə və tövsiyələrinə ehtiyacının olduğunu qeyd edib.

Anar Kərimov Baş direktorun müavini X.Qu-ya Azərbaycan haqqında kitablar hədiyyə edib və onu ölkəmizə səfərə dəvət edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR