Dərc edildi: Baxış sayı: 302
XİN sözçüsü Paşinyana cavab verdi: “Bu, açıq təxribatdır”
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa göndərilən yükün guya “həyati əhəmiyyət kəsb edən ərzaq malları” olmasına dair paylaşımına cavab verib.
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə XİN sözçüsü “Twitter”də yazıb:
“Bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır. Azərbaycanın suveren ərazilərinə “humanitar yardım” adı altında və Azərbaycanın razılığı olmadan avtomobil karvanlarının göndərilməsi onun ərazi bütövlüyünə və suverenliyinə qəsddir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət