Slimfit
  1. CƏMİYYƏT

XİN: "Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir"

XİN: "Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir"
Sakura

XİN: "Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir"

"Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir"

"Report" Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu qurumun sözçüsü Ayxan Hacızadə İran XİN-in sözçüsü Nasir Kənaninin iddialarına cavabında deyib.

"Bildiririk ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib.

Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uşuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar" - sözçü vurğulayıb.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR