Dərc edildi: Baxış sayı: 449
XİN bu tanınmış şəxslərə medal verdi
Azərbaycanın tanınmış simalarından bəzilərinə “Diplomatik xidmət orqanlarının 100 illiyi” medalı verilib.
Kult.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat yayıb. O, Azərbaycan Teleqraf Agentliyinin rəhbəri Aslan Aslanov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli və AzTV-nin sədr əvəzi Rövşən Məmmədovun “Diplomatik xidmət orqanlarının 100 illiyi” medalı ilə təltif edildiyini bildirib.
Tanınmış jurnalistlərə medalları L.Abdullayeva təqdim edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət