Slimfit
  1. SİYASƏT

XİN başçısının müavini: ”Türk Şurasının iclasında mühüm məsələlər müzakirə olundu'

XİN başçısının müavini: ”Türk Şurasının iclasında mühüm məsələlər müzakirə olundu'
Sakura

XİN başçısının müavini: ”Türk Şurasının iclasında mühüm məsələlər müzakirə olundu'

“”Türk Şurasının iclasında mühüm məsələlər müzakirə olundu. Görüşün əhəmiyyəti ondan ibarətdir ki, Özbəkistanın da Şuraya üzvlüyü bu görüşə təsadüf edir”.

Report”un xəbərinə görə, bunu Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

O bildirib ki, bu görüşlər əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək: “Bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi mühüm məsələdir, bu görüşlər əməkdaşlığa töhfə verəcək”.

Nazir müavini qeyd edib ki, Türk Şurasının Macarıstanda nümayəndəliyinin açılması da əlamətdar haldır: "Bu nümayəndəliyin Türk Şurasının Avropa İttifaqı ilə əlaqələrinin güclənməsinə imkan yaradacağına inanırıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR