Slimfit
  1. SİYASƏT

XİN başçısı: "Ermənistan üçüncü ölkələri münaqişəyə cəlb etmək istəyir"

XİN başçısı: "Ermənistan üçüncü ölkələri münaqişəyə cəlb etmək istəyir"
Sakura

XİN başçısı: "Ermənistan üçüncü ölkələri münaqişəyə cəlb etmək istəyir"

"Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribat üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin fikrini daxili problemlərdən yayındırmaq məqsədi güddür". 

Ens.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov iyulun 13-də ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə telefon söhbətləri zamanı deyib. 

Qarşı tərəfi Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və bölgədəki cari vəziyyət barədə məlumatlandıran nazir Elmar Məmmədyarov ciddi narazılığını bildirərək, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR