Dərc edildi: Baxış sayı: 603
XİN başçısı: "Azərbaycanla münasibətləri daha da dərinləşdirmək niyyətindəyik"
“Azərbaycan rəsmiləri ilə aparılan söhbətlər zamanı hər iki ölkənin prezidentləri – Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı zamanı qaldırılan məsələlərin həlli üçün birgə səylərin artırılması qərara alınıb”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə deyib.
O bildirib ki, Rusiya Azərbaycanla həyatın bütün sahələrində o cümlədən, diplomatik müstəvidə münasibətlərini daha da dərinləşdirmək niyyətindədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət