Dərc edildi: Baxış sayı: 393
XİN: Azərbaycanla Çin arasında əlaqələr qədim tarixə malikdir
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə Çini təbrik edib.
Bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.
“Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü ilə münasibətilə öz səmimi təbriklərimizi çatdırırıq. Ölkələrimiz arasında əlaqələr qədim tarixə və yaxşı ənənələrə malikdir. Bu əlamətdar gündə dost Çin xalqına əbədi sülh və əmin-amanlıq arzulayırıq”, - deyə məlumatda qeyd olunub.
Mənbə: strategiya.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət