Slimfit
  1. MEDİA

“Xilas Et Məni” layihəsi uğurla yekunlaşdı

“Xilas Et Məni” layihəsi uğurla yekunlaşdı
Sakura

“Xilas Et Məni” layihəsi uğurla yekunlaşdı

14 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuş “Xilas Et Məni” adlı layihənin bağlanış mərasimi keçirildi.

 Layihədə ilk öncəlayihə təqdimatıkeçirildi. Sonra100 nəfər iştirakçı arasında “Mənim günahım yox idi“, “Güvəndiyim dağlara da qar yağdı”, “Kaş məni başa düşən biri olaydı”, “Mən çox peşmanam”, “Görəsən məni bağışlayarmı”, “Mən niyə belə etdim?”, “Özümü bağışlaya bilmirəm” mövzularında esse müsabiqəsi keçirildi, onlardan əvvəl 40 nəfər seçildi. Növbəti mərhələdə seçilmiş 40 nəfərin içərisindən 20 nəfər seçildi ki, bununda 10 nəfəri psixoloji təzyiqə məruz qalan şagirdlər, digər 10 nəfəri isə psixoloji təzyiq göstərən şagirdlər oldu.

7 dekabr tarixində “Ataman” uşaqlar üçün “Səhvimi anlayıram” adlı ilk təlim;

8dekabr tarixində psixoloji təzyiq görərək əzilən uşaqlar üçün “Özümə güvənim sonsuzdur” adlı 2-ci təlim;

9 dekabr tarixində iştirakçı şagirdlərin valideynləri üçün “artıq hər şey başqa cür olacaq” adlı 3-cü təlim;

11 dekabr tarixində psixoloqlar, müavinlər və müəllimlər üçün “ Uşaqlar gələcəyimizdir-onların hüquqları bərabər və toxunulmazdır” adlı 4-cü təlim;

14 dekabr tarixində 20 şagirdin iştirakı ilə “Mən Qalibəm!” adlı əyləncəli intellektual oyun həyata keçirilmişdir.

 Layihənin bağlanış mərasimində layihənin komanda üzvləri, layihə rəhbəri Yaqut Mustafayeva, ekspert Etiram Sadıqzadə, koordinator Məhəmməd Məmmədov, təlimçi İradə Şirəliyeva və Aytən Soltanova, seçilmiş 20 şagird iştirak etmişdir.

Əvvəlcə layihə rəhbəri Yaqut Mustafayeva öz çıxışında layihə haqqında qısa məlumat verdi. Layihənin həyatakeçirilməsinin hazırkı dövrümüz üçün nə qədər vacib olması haqqında danışdı. Təhsil Nazirliyinin Qrant müsabiqəsi barəsində məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra layihənin eksperti Etiram Sadıqzadə çıxış edərək hər kəsi salamladı, layihənin gedişatı və iştirakçılara hansı istiqamətdə və nə dərəcədə təsir etməsi barədə məlumat verdi. Layihənin gedişatının gözlənildiyindən daha yaxşı olduğunu, həqiqətən də şagirdlərin, valideynlərin, psixoloqların, müavinlərin, müəllimlərin bu layihədən maarifləndiyini söylədi.

Koordinator Məhəmməd Məmmədov öz nöbəsində layihənin icra müddətində görülən işlər barəsində tədbir iştirakçılarına məlumat verdi. Layihənin məqsədi və vəzifəsi haqqında danışdı, gözlənilən nəticəni aldıqlarını söylədi. Layihədə 100 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan təlimlərdə 103 nəfərin iştirakı təsdiqləndi, bu da layihəyə olan marağın bariz nümunəsidir. Bundan sonra layihənin təlimçiləri İradə Şirəliyeva və Aytən Soltanova tədbir iştirakçılarını salamladılar, özlərini təqdim etdilər, İkinci Qarabağ Müharibəsinin qalibiyyəti münasibəti ilə bütün iştirakçıları təbrik etdi, iştirakçılarla birlikdə Şəhidləri yad etdilər. Təlimçilər olaraq bu günə kimi keçirilmiş “Səhvimi anlayıram”, “Özümə güvənim sonsuz”, “Artıq hər şey başqa cür olacaq”, “Uşaqlar gələcəyimizdir- onların hüquqları bərabər və toxunulmazdır” adlı təlimləri və onlardan əldə olunan nəticələr haqqında iştirakçıları məlumatlandırdı. Sonra şagirdlərlə ”Mən Qalibəm!” adlı əyləncəli intellektual yarış təşkil etdilər. 

Sonda layihə rəhbəri Yaqut Mustafayeva çıxış edərək bütün layihə iştirakçılarına iştirak etdikləri üçün öz təşəkkürünü bildirdi, gələcəkdə şagirdlərin yararlı şəxsiyyət olacaqlarından əmin olduğunu söylədi. Öyrəndikləri məlumatları unutmamalarını və bundan sonra həyatlarını öyrədilən istiqamətdə qurmalarının əhəmiyyətindən danışdı və hər kəsə gələcək həyatlarında uğurlar arzuladı.

 

Hörmətlə,

Etiram Sadıqzadə

"Gələcək Gənclərlə Gələcək" Gənclər İctimai Birliyinin sədri 

Mingəçevir Regional Debat Mərkəzinin sədri 

Əlaqə: 

Telefon:       (055) 889-77-70 

Whatsapp:  (051) 889-77-70

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR