Slimfit
  1. CƏMİYYƏT

Xiffətdən ölənlər: Fillər, Qu quşları və yaşlı insanlar...

Xiffətdən ölənlər: Fillər, Qu quşları və yaşlı insanlar...
Sakura

Xiffətdən ölənlər: Fillər, Qu quşları və yaşlı insanlar...

Hər kəs bu dünyaya qonaq kimi gəlir,qonaq kimi də dünyadan köçür. Belə bir deyim var, ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz, ən qüssəli günləriniz də sizə çox gözəl görünərdi. İnsan canının dəyərini əsasən qocalığında hiss edər.

Artıq dünyada belə bir tendensiya var ki, yaşlı cütlüklərdən biri dünyasını dəyişəndə, qısa bir zamanda digər tərəf də həyatdan köçür.

Nədir buna səbəb? Burada bir məqamı da unutmayaq: Heç xiffətdən ölənləri eşitmisinizmi?

Fillər və Qu quşuları arasında belə daha hallar kütləvidir və yaşlı insanlar arasında da buna tez-tez rast gəlinir.

Bir çox insanlar bu məqamları psixoloji amillə əlaqələndirilər.

Məsələ ilə bağlı psixoloq Gülər Məmmədova Modern.az-a bunları söyləyib:

“Həyatlarının son dönəmlərində emosional cəhətdən bağlı olan cütlüklər, yaşa dolduqca biri-birilərinə çox gərəkli olduqlarını hiss edirlər. Ümumiyyətlə, yaşlı insanlarda gənc nəslə qarşı yetərsizlik duyğusu olur. Yəni özlərində belə bir fikir formalaşdırırlar ki, mən artıq heç kimə lazım deyiləm. Nə yaxşı ki, yanımda məni anlaya bilən, sözümü başa düşən bir insan var. Bu cür situasiyalarda sanki, özlərinə bir təsəlli tapırlar.

Belə deyək, bir növ arxalanırlar, yəni mən tənha deyiləm. Əslində tənhalıq çox pis bir şeydir. Tənhalığın psixologiyasında belə qeyd olunur ki, tənhalıqdan əziyyət çəkən qocalar məhz bu vəziyyətə adaptasiya ola bilmirlər. Psixoloji cəhətdən özlərini ölümə hazırlayırlar. Elələri olur ki, həyatlarına qəsd etməkdən belə çəkinmirlər. Hətta yeməyib- içməyib onsuz da öləcəm deyib, bu həyatdan  köçənlər də olur. Sanki, bütün ağırlıqlar, depressiyalar sağ qalan cütlüyə yüklənmiş olur.

Psixoloji cəhətdən böyük stres və depressiya keçirirlər. Bu elə bir vəziyyətdir ki, xəstəlik varsa, onun sürətlə yayılmasına da şərait yaratmış olur”.

Gülər Məmmədova psixoloji cəhətdən güclü insanlarda belə halların olmadığını  vurğulayıb:

“Ümumiyyətlə, psixoloji cəhətdən güclü olan insan dünyaya gələndən bir şeyi dərk etməlidir ki, kimsə digərinə görə ölməməlidir. Ancaq mən bunu qocalara şamil etmirəm. Qocaların psixologiyası elədir ki, elə bunu yaşayaq, qocalaq sonra dərk edərik... Bu fikir qocalıq psixologiyasında labüddür. Onsuz da onlar həyatı dərk etmiş olurlar, sadəcə tənhalıqdan qorxurlar.

Tək qalmaq , heç kimə xeyir verə bilməmək qorxusu onlarda bir travma yaratmış olur. Hətta fikirləşirlər ki, övladlarını yerbəyer ediblər, daha kimsəyə lazım deyillər. Nəticədə belə-belə fikirlər insanı psixoloji cəhətdən çökdürür. Sanki, həyat mənasızlaşır, elə bil ki, bu həyatı ancaq o insan gözəlləşdirib. Ancaq bu halı bütün insanlara şamil etmək də doğru deyil.  Xarakteri güclü olan insanlarda belə hallara rast gəlmək olmur. Bu əsasən orqanik problemi olan, ürək-damar və təzyiqdən əziyyət çəkən insanlarda daha çox müşahidə olunur. Hətta deyirlər ki, tab gətirə bilmədi, 40-ı çıxmamış bu həyatdan köçdü. Belə məqamlar artıq kilinik hallar hesab olunur. Yəni burda müəyyən məqamda zəifliklər ola bilir, orqanizmi tab gətirə bilmir. Üzləşdiyi travmanı nə psixoloji cəhətdən, nə də orqanik cəhətdən adlaya bilir. Təssüf ki, belə məqamlarda itkilər də baş verir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR