Slimfit
  1. ARAŞDIRMA

Xidmət rəisləri, komitə və agentlik sədrləri harada təhsil alıblar?

Xidmət rəisləri, komitə və agentlik sədrləri harada təhsil alıblar?
Sakura

Xidmət rəisləri, komitə və agentlik sədrləri harada təhsil alıblar?

Yüksək vəzifədə çalışan şəxslər hər zaman cəmiyyətin diqqət mərkəzində olurlar. Onların fəaliyyətləri, şəxsi həyatları insanları maraqlandırır, daim müzakirə mövzusuna çevrilir.
Azvision.az oxucuların bu marağını nəzərə alaraq Azərbaycanda xidmət rəislərinin, komitə və agentlik sədrlərinin hansı ali məktəblərdə təhsil alması barədə araşdırma aparıb.



Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edib və tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. 2001-ci ilin noyabrında “Azərbaycan Avropa inteqrasiya sistemində” mövzusunda doktorluq disertasiyası müdafiə edib. Azərbaycanda siyasi elmlər üzrə doktorluq müdafiə etmiş ilk qadındır.



Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə birgə magistratura proqramını bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı və elmi işçisi olub. 2010-cu ildə "Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları" mövzusunda dissertasiya işini müdafiə edib, kimya elmləri üzrə fəlsəfə doktorudur.



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb.



Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 1998-ci ildə Türkiyənin EGE Universitetində Beynəlxalq İqtisadi Əlaqələr fakültəsinin beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə təhsil alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.



Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir.



Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.



Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirərək “İqtisadçı” ixtisasına yiyələnib.



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 1986-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin Universitetin hüquq fakültəsini bitirib.



Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat üzrə bakalavr pilləsini bitirib. 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə magistr təhsili alıb. 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. 2010-cu ildə Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin magistr proqramına qəbul olub və 2011-ci ildə dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.



Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 1988-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib.



Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov 1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirib.



Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub, 1994-cü ildə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı “Siyasi Elmlər Bakalavrı” dərəcəsi ilə bitirib. Tibb elmləri üzrə fəlsəfə doktorudur.



Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ildə İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR