Slimfit
  1. AVTO VƏ MOTO

Xiaomi'nin dəstəyi ilə elektrik avtomobil təqdim olunacaq

Xiaomi'nin dəstəyi ilə elektrik avtomobil təqdim olunacaq
Sakura

Xiaomi'nin dəstəyi ilə elektrik avtomobil təqdim olunacaq

26 sentyabrda başlaması planlaşdırılan Pekin Avto Sərgisində Çinli avtomobil istehsalçısı Baojun ekosistemi və səs köməkçisi Xiaomi'dən olan ilk nəqliyyat vasitəsi olacaq E300 kompakt elektrikli avtomobilini təqdim edəcək.

Ens.Az techland.az-a istinadən bildirir ki, avtomobil Suning ilə birlikdə hazırlanıb və 39 at gücündə kiçik mühərrikə malikdir. Maşının uzunluğu üç metrdən azdır. Elektrikli avtomobil sinxron elektrik mühərrik və 300 km səyahət üçün kifayət edən 30 kWh gücündə bir lityum-dəmir-fosfat akkumulyatorla təchiz edilmişdir.

Səs köməkçisi XiaoAI ilə təhciz olunub və avtomobilin özünü uzaqdan idarə etmək imkanı var. İnterfeys interaktivdir və avtomobil ekoloji konsepsiyaya yönəlib.

Avtomobilin qiyməti, konfiqurasiyaya görə, 65.800 yuandan (təxminən 9.700 dollar) 85.800 yuana (təxminən 12.600 dollar) qədər dəyişir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR