Slimfit
  1. TEXNOLOGİYA

“Xiaomi Redmi Note 6 Pro” smartfonu rəsmi şəkildə təqdim edilib

“Xiaomi Redmi Note 6 Pro” smartfonu rəsmi şəkildə təqdim edilib
Sakura

“Xiaomi Redmi Note 6 Pro” smartfonu rəsmi şəkildə təqdim edilib

“Xiaomi Redmi Note 6 Pro” smartfonu Tailandda rəsmi şəkildə təqdim edilib. Yeni aparatın qiyməti 215 dollar təşkil edir.
 
ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, 6,26 düym diaqonallı displey 19:9 tərəflər nisbətinə,  “Full HD+” (2160x1080) təsvir ölçüsünə malikdir. Arxa panelin dizaynı “Xiaomi” pərəstişkarlarına yaxşı tanışdır, əsas hissə metaldan, üst və alt hissələr isə plastikdən işlənib, hazırlanıb.
 
Yeni aparat “Qualcomm Snapdragon 636” prosessoru, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq fləş yaddaşla təchiz edilib. 4000 milliamper/saat tutumunda olan akkumulyator batareyası 6 saat oyun oynamağa, 8,5 saat video izləməyə, 19 saat danışmağa və ya 34 saat musiqi dinləməyə kifayət edir. 3,5 mm-lik konnektor mövcuddur.
 
Ön kamerada 20 və 2 meqapiksellik təsvir datçiklərindən istifadə olunub, diafraqma F/2,0 təşkil edir. Sifətin tanınması texnologiyası üzrə telefonu blokdan çıxarmaq mümkündür, portret rejimi mövcuddur. Əsas kamera 12 və 5 meqapiksellik təsvir datçiklərinə malikdir, diafraqma F/1,9 təşkil edir. Smartfon “MIUI 9” interfeysli “Android 8.1 Oreo” sisteminin idarəetməsi altında işləyir.
 
Sözügedən aparat qara, göy və çəhrayı-qızılı rənglərdə əlçatandır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR