Xiaomi Mi Mix 3-ün real fotosu təqdim olundu
Son bir neçə ay ərzində internetdə Xiaomi Mi Mix 3 modelinin bir çox render fotoları yayıldı. Lakin indi şirkətin məhsullar üzrə direktoru Donovan Sung smartfonun real fotosunu paylaşıb. Nəzərə çarpan ilk özəllik isə smartfonun çərçivəsiz ekranıdır. Belə ki, yeni smartfonda ön kamera, işıqlandırma sistemi və danışıq üçün olan səsgücləndirici korpusun çölə çıxa bilən xüsusi hissəsinə yerləşdiriləcək. Məhz bu cür texnologiya Oppo Find Xsmartfonunda da reallaşdırılmışdı. Təəssüflər olsun ki, smartfonun arxa panelinin necə olduğu barədə məlumat yoxdur. Mi Mix 3-ün texniki göstəriciləri barəsində hələki dəqiq bir məlumat yoxdur. Lakin çox güman ki, o, Full HD+ keyfiyyətində ekran, Snapdragon 845 prosessoru və 6/8 GB RAM ilə təchiz olunacaq.
Mənbə: Fins.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət