Slimfit
  1. TEXNOLOGİYA

“Xiaomi Mi 9” yeni “Qualcomm” prosessorlu ilk smartfon olacaq

“Xiaomi Mi 9” yeni “Qualcomm” prosessorlu ilk smartfon olacaq
Sakura

İnternetdə “Xiaomi” şirkətinin buraxmağa hazırlaşdığı yeni qabaqcıl “Xiaomi Mi 9” smartfonu barədə ətraflı…

İnternetdə “Xiaomi” şirkətinin buraxmağa hazırlaşdığı yeni qabaqcıl “Xiaomi Mi 9” smartfonu barədə ətraflı məlumatlar dərc olunub.

ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, məlumata görə, 2019-cu ilin birinci yarısında buraxılacaq “Xiaomi Mi 9” əvvəllər “Snapdragon 855” kimi tanınan “Qualcomm Snapdragon 8150” prosessoru üzərində qurulacaq.

Bildirilir ki, 7 nanometrlik texnoloji proses üzrə hazırlanan “Snapdragon 8150” prosessoru “Qualcomm” şirkəti tərəfindən indiyədək rəsmən təqdim edilməsə də, 2019-cu ilin əksər qabaqcıl smartfonlarının əsasını təşkil edəcək. Bundan başqa, “Xiaomi Mi 9” “Snapdragon 8150” əsasında işləyən ilk smartfon ola bilər.

Bundan əlavə, yeni qurğu 48 meqapikselli “Sony IMX586” sensoruna malik 3 kamera, 6-10 giqabaytlıq operativ yaddaş, ekrana inteqrasiya edilmiş barmaq izi skaneri və simsiz enerjidoldurma funksiyası ilə təchiz ediləcək. Həmçinin “Xiaomi Mi 9” suya və toza qarşı davamlı olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR