Slimfit
  1. TEXNOLOGİYA

“Xiaomi” çərçivəsiz smartfonunu təqdim edib

“Xiaomi” çərçivəsiz smartfonunu təqdim edib
Sakura

“Xiaomi” şirkəti “Mi MIX 3” adlı çərçivəsiz smartfonunu təqdim edib

“Xiaomi” şirkəti “Mi MIX 3” adlı çərçivəsiz smartfonunu təqdim edib.
 
ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, qurğu slayder formatında hazırlanıb: kameradan istifadə etmək üçün smartfonun arxa panelini irəli çəkmək lazımdır. “Mi MIX 3” smartfonu 6,39 düymlük AMOLED ekranı, 6/8/10 QB-lıq əməli yaddaşla təchiz edilib.
 
Yeni aparat “5G” şəbəkəsini və simsiz enerjidoldurma texnologiyasını dəstəkləyir. Bundan başqa, smartfon barmaq izləri skaneri və 12 meqapiksellik ikiqat kamera ilə təchiz edilib.
 
“Mi MIX 3” smartfonu 3 rəngdə (qara, tünd yaşıl və göy) əlçatandır. Smartfonun qiyməti 475 dollardır. Daha böyük tutumlu əməli yaddaşa malik modellərin qiyməti müvafiq olaraq 575 və 720 dollar təşkil edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR