Xiaomi 5G dəstəkləyən Xiaomi Mi Mix 3 smartfonunu təqdim etdi
Dünən KİV nümayəndələri üçün Barselonadakı sərgi işə başladı. Orada çin şirkəti Xiaomi özünün yeni 5G dəstəkləyən Xiaomi Mi Mix 3 smartfonunu təqdim etdi.
Həmçinin jurnalistlərə Xiaomi Orange operatoru ilə birgə mobil video rabitənin işini nümayiş etdirdi.
Qeyd edək ki, beşinci nəsil şəbəkələrini dəstəkləyən smartfon məlumatları 2Qbit/s sürətlə endirməyə imkan verəcək.
Belə bir cihazın qiyməti əlverişli olacaq, axı yeniliyin qiyməti 699 avrodur, müqayisə üçün deyək ki, Samsung Galaxy S10+5G 1500 dollara yaxın qiymətə malik olacaq.
5G ilə olan Xiaomi Mi Mix 3 smartfonunda Snapdragon 855 prosessoru və Qualcomm X50 modemi quraşdırılıb. Smartfonun satışa çıxarılacağı tarix hələ açıqlanmır.
Mənbə: astera.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət