Slimfit
  1. CƏMİYYƏT

Xəzərin sahilində resort-yaşayış kompleksi inşa edilir

Xəzərin sahilində resort-yaşayış kompleksi inşa edilir
Sakura

Xəzərin sahilində resort-yaşayış kompleksi inşa edilir

Bir müddət əvvələ qədər daşınmaz əmlak bazarında müəyyən durğunluq hiss olunsa da, son vaxtlar canlanma müşahidə edilməkdədir. Mənzil almaqda bir neçə il gözləmə mövqeyi tutanlar artıq aktiv fəaliyyətə keçərək tək şəxsi yaşayış məqsədilə deyil, investisiya etmək məqsədilə də müxtəlif təyinatlı daşınmaz əmlaka sahib olmağa can atırlar. 

Ekspertlərin fikrincə müşahidə olunan bu tendensiyanın yaxın və uzaq perspektivdə də davam edəcəyi gözlənilir. Ölkənin daşınmaz əmlak sektorunun aparıcı şirkətlərindən olan “Facility Management Group” şirkətinin daşınmaz əmlakın satış şöbəsinin müdiri İlham Allahverdiyevin sözlərinə görə, son vaxtlar mənzil əldə etmək istəyənlərin tikinti şirkətindən, sahib olacaqları mənzildən gözləntiləri də dəyişməkdədir.

 

“Artıq insanlar sadəcə mənzil sahibi olmaq istəmirlər, yaşadıqları yaşayış kompleksinin tam infrastruktura malik olmasını, istirahət, əyləncə, sağlımlıq kimi tələblərinin qarşılanmasını arzulayırlar.

Sakinlər alış-veriş etmək, idmanla məşğul olmaq, övladlarının istirahəti üçün vaxt ayırmaq və s. istəklərini mənzillərindən uzağa getmədən həyata keçirmək istəyirlər. Əlavə olaraq sahib olduqları mənzilin investisiya məqsədilə icarəyə vermək üçün də əlverişli olmasında maraqlıdırlar. Bu tələbləri qarşılayan yaşayış kompleksi daşınmaz əmlak bazarında daha çox marağa səbəb olur.”

Xəzər dənizinin sahilində yerləşən “Xəzri Rezidens” resort yaşayış kompleksi qapalı çimərlik sahəsi, spa və fitnes mərkəzi, futbol və voleybol meydançası, uşaq bağçası, uşaq əyləncə mərkəzi ilə bənzərsiz yaşayış mühiti vəd edir. Avtomobilsiz həyət konseptinə malik kompleksin daxilində piyada və velosiped zolaqları, həyətyanı parkın salınması nəzərdə tutulub.

Kompleksin yaxınlıqda “Sumqayıt Mall” alış-veriş mərkəzinin tikilməsi isə sakinlərin istirahət-əyləncə həyatlarına əlavə rəng qatmaq üçün düşünülüb. “Xəzri Rezidens”in başqa bir özəlliyi yay aylarında bağ evlərində dincəlməyə üstünlük verənlər üçün ideal imkanlar təklif etməsindədir. 

Təqdim etdiyi hərtərəfli infrastrukturu ilə Türkiyə və Aralıq dənizi ölkələrinin dənizsahili resort komplekslərindən ilhamlanaraq inşa edilən “Xəzri Rezidens” həm yaşayış, həm də investisiya baxımından insanların diqqətini çəkməkdədir. Mənzillərin satış şərtləri barədə məlumat verən İlham Allahverdiyev bu amilin nəzərə alınaraq kompleksdə mənzillərin güzəştli şərtlərlə daxili hissə-hissə ödəniş və Paşa Bank zəmanətli ipoteka ilə təklif edildiyini bildirib.

Qeyd edək ki, “Facility Management Group” ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. Şirkət binaların idarəedilməsi, icarəsi, satışı, bazar analizi, binaların biznes təyinatı üzrə ixtisaslaşıb.

http://xazrirezidens.az/

https://www.facebook.com/xazrirezidens/

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR