Slimfit
  1. CƏMİYYƏT

Xəzərə tökülən Sefidrud çayının dənizə girişi bağlanma təhlükəsi ilə üzləşib

Xəzərə tökülən Sefidrud çayının dənizə girişi bağlanma təhlükəsi ilə üzləşib
Sakura

Xəzərə tökülən Sefidrud çayının dənizə girişi bağlanma təhlükəsi ilə üzləşib

Xəzər dənizinə tökülən Sefidrud çayının dənizə girişi bağlanma təhlükəsi ilə üzləşib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xəzər dənizinin sahilyanı ərazilərinin ətraf mühitə təsiri üzrə beynəlxalq layihənin icraçısı Humayun Xoşrəvan deyib.

H.Xoşrəvan bildirib ki, hazırda Sefidrud çayının deltasında problemlər yaranıb və çöküntülər çayın axınının qarşısını ala bilər. Çöküntü prosesi bu formada davam edərsə və çayın aktiv dinamikası düzgün idarə olunmazsa, çayın dənizə birləşən hissəsi 5 ilədək bağlana və bununla faciə baş verə bilər.

O əlavə edib ki,  bu çay Xəzər dənizinin cənub sahillərində ən böyük çaylardan biridir: "Çay 720 km uzunluğundadır. Çayın deltasında sahilin uzunluğu 110 kilometrdir. Xəzər dənizinin çöküntülərinin 40 faizdən çoxu Sefidrud çayı vasitəsi ilə (ildə 30 milyon ton)  təmin olunur”.

O deyib ki, bu çöküntülər  əsasən qara və torpaq rəngində qumlardır.

Hazırda çayın dənizə giriş hissəsi 20 metrdir və bu proses belə davam edərsə,  giriş hissə tamamilə bağlana bilər: “İlk növbədə Məncil su bəndində çöküntülərin Sefidrud çayına birləşən çaylara boşaldılması əməliyyatı həyata keçirilməlidir. Sonrakı mərhələdə çayın Xəzərə tökülən hissəsi çöküntülərdən təmizlənməlidir".

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR