Xəzər Rayonu İcra hakimiyyəti Binə kəndində yolların pis vəziyyətə düşməsinə münasibət bildirib
Rayonun icra başçının köməkçisi İslamov Hikmət Oxu.Az-a açıqlamasında qeyd edib ki, Südçülük adlanan ərazidə yolların pis vəziyyətdə olması ilə bağlı onların məlumatı var.
Onun sözlərinə görə, yaxın gələcəkdə həmin ərazilərin əsaslı təmiri planlaşdırılır.
“Südçülükdə yerləşən yolların əsaslı təmiri üçün vəsait tələb olunur. Küçələrin təmiri ilə bağlı məsələ Dövlət Proqramına salınıb. Baş vermiş hadisə ilə bağlı qəsəbə nümayəndəsinin məlumatı var”, - deyə o bildirib.
H.İslamov ərazinin nə zaman təmir olunacağı ilə bağlı dəqiq məlumat vermək çətinlik çəkib:
“Biz layihələr hazırlamışıq. Həmin layihələr təsdiq olunandan sonra ərazidə müvafiq işlərə başlaya bilərik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət