Slimfit
  1. İQTİSADİYYAT

Xəzər dənizinin ən böyük barjı təmir olunub

Xəzər dənizinin ən böyük barjı təmir olunub
Sakura

Xəzər dənizinin ən böyük barjı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “STB-1” barjı təmir olunub. Proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.

ONA-ya ASCO-dan verilən xəbərə görə, təmir müddətində üzən vasitənin sualtı və suüstü hissəsi təmizlənib və rənglənib, Bundan başqa, barjın dib-yan armaturlarının təmiri də yerinə yetirilib.

Təmirdən sonra STB-1 heyəti üzvləri və Registr təsnifatı nümayəndələrinə təhvil verilib. Barj artıq tərsanədən suya buraxılıb və Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib.

Məlumat üçün bildirək ki, STB-1 barjının uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 min tondur. Bu da onun Xəzər dənizində ən böyük barj olduğunu deməyə əsas verir.

STB-1 dəniz stasionar platformalarının tikintisi üçün böyükölçülü dayaq bloklarının daşınmasında istismar olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR