Dərc edildi: Baxış sayı: 298
Xəzər dənizindəki zəlzələ Azərbaycana necə təsir edəcək? - RƏSMİ AÇIQLAMA
“Bu gün Xəzər dənizində baş verən zəlzələlərin (Rusiya Federasiyasının Dağıstan ərazisi və Türkmənistanla sərhəddə - red.) Azərbaycana heç bir təsiri yoxdur və olması da mümkün deyil”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, sosial şəbəkədə bununla bağlı yayılan məlumatların heç bir əsası yoxdur.
“Əsassız məlumatlara inanmayın və rəsmi məlumatları izləyin”, - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət