Dərc edildi: Baxış sayı: 724
Xəyyat Mirzə - Yoxdur
şıqlar çıxıbdı Kür qırağına,
Heyif kənarında sonası yoxdur!
Bahar fəsli yamyaşıla bürünər,
Üç ay zimistanın havası yoxdur!
Dərin-dərin dəryalarda yüz yaşa.
Əldə qələm, davat tutub yaz, yaşa!
İstər əlli yaşa, istər yüz yaşa,
Axır bu dünyanın vəfası yoxdur!
Olmuşam səhlənkar, düşmüşəm düzə,
Məcnunun Leylisi görünmür gözə.
Hicran xəstəsisən, Divanə Mirzə,
Sənin bu dərdinin davası yoxdur!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət