Dərc edildi: Baxış sayı: 657
Xəyyat Mirzə - Xoş xəbərdimi
Ağrın alım, namə, söylə eşidim,
Bizə gətirdiyin xoş xəbərdimi?
Ağ nazik əllərlə, incə barmaqla,
Səni yazan görüm o dilbərdimi?
Görünmür çoxdandı, halım pərişan,
Bu qədər cəfaya dözərmi insan?!
Söylə, açıq söylə, sevdiyim canan
Mənim bu dərdimdən xəbərdardımı?
Nə vaxtdı gözlərəm sənin yolunu,
Gəl, sevindir Mirzə kimi qulunu.
Gizlətmə yarımın xoş əhvalını,
Yoxsa gətirdiyin dərdi sərdimi?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət