Slimfit
  1. PSİXOLOGİYA

Xəyanətin səbəbləri nələrdir və aldadılan insanlar nə etməlidir?

Xəyanətin səbəbləri nələrdir və aldadılan insanlar nə etməlidir?
Sakura

Xəyanətin səbəbləri nələrdir və aldadılan insanlar nə etməlidir?

Psixoanaliz elminin banisi, nevroloqist Freudun dediyinə görə hər fərddə xəyanətə meyllilik vardır. Bəs insanlar niyə xəyanət edir? Əslində bu sualın bir cavabı yoxdur. Partnyordan partnyora, münasibətdən münasibətə görə dəyişən səbəbləri vardır.

Ölkə.Az” oxucularına xəyanətin səbəbləri ilə bağlı araşdırmanı təqdim edir.

Fiziki və mənəvi xəyanət nədir?

Fərdlər münasibətə başlayarkən danışılmayan ama hər iki tərəfin də bildiyi bir sədaqət sözü vermiş olurlar. Xəyanət bu əsas bağlılığın yerinə yetirilməməsi və verilən sözün tutulmaması deməkdir. 

Xəyanət fiziki və mənəvi ola bilər. 

Yaşanılan münasibətdən kənarda baş verən fiziki yaxınlıq fiziki xəyanətdir. Mənəvi xəyanət isə var olan münasibətdən kənarda başqa biri ilə yaşanan duyğusal yaxınlıqdır.  Mənəvi xəyanətdə insanlar vaxtlarını, sevgi və qayğılarını başqa birinə sərf edirlər. Kimiləri üçün münasibəti bitirməyə fiziki aldatma səbəb olsa da, bəziləri üçünsə mənəvi aldatma münasibəti bitirməyə daha vacib səbəbdir.

Xəyanətdən sonra barışmaq

Xəyanət münasibətdə bir problem olduğunun əlamətidir. Tərəflərdən biri münasibətdə hər hansı sahədə lazım olan məmnuniyyəti tapmadığından, bu ehtiyacı qarşılamaq üçün başqasına yönəlir.

Bəs xəyanətdən sonra münasibəti bərpa etmək mümkündürmü? Əgər hər iki tərəfin əlaqəsini qorumaq üçün motivasiya varsa, əlaqəni bərpa etmək mümkündür.

Bu prosesdə, aldatma və xəyanətə səbəb olan amilləri müəyyənləşdirmək, əlaqədə əskik və həddindən artıq olan tərəfləri təyin etmək, fərdlərin bir-birindən gözlədikləri şeyləri paylaşması, duyğu və düşüncələrin ifadəsini asanlaşdırmaq münasibəti əvvəlkindən daha möhkəm edəcəkdir. 

Xəyanət sonrası cütlüklər nə etməlidir?

Xəyanətdən sonra qorxu və həyəcan keçirən fərdlər nə edəcəklərini bilmədikləri üçün yanlış addımlar atırlar 
Belə bir vəziyyətdə cütlüklərin ailə psixoloquna müraciət etmələri ən doğru addım sayılır. Bu prosesdə cütlüklər əsasən bir-birlərinə qarşı nifrət, qəzəb, xəyal qırıqlığı və ümidsizlik hiss edə bilərlər. Müalicədə bu hissləri ölçülü ifadə ilə funksional istifadə edilə bilərlər. Münasibətlərdə belə hadisələrin əsasən danışılmamasına üstünlük verilir. Bu da ifadə edilməyən duyğuların gedərək artmasına yol açır. Nəticədə isə onlar çıxılmaz vəziyyətə düşürlər. Narahatlıq versə belə, bu mövzunun danışılması, danılmamasından daha faydalı olacaqdır. 

Terapiya otağı bu mövzunun danışılması üçün ən təhlükəsiz yerdir. Xəyanətlə yaşayan cütlüklərin sağlam bir ayrılma və ya birləşmə prosesinin davam etdirilməsi üçün peşəkar yardım alması tövsiyə olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR