Slimfit
  1. MƏDƏNİYYƏT

Xətai Sənət Mərkəzinin uşaqlar üçün elan etdiyi rəsm müsabiqəsi davam edir

Xətai Sənət Mərkəzinin uşaqlar üçün elan etdiyi rəsm müsabiqəsi davam edir
Sakura

Xətai Sənət Mərkəzinin uşaqlar üçün elan etdiyi rəsm müsabiqəsi davam edir

Xəbər verdiyimiz kimi, Bakı Xətai Sənət Mərkəzində “Mənim yay tətilim-2018” adlı respublika uşaq müsabiqəsinə start verilib.

Mərkəzin direktoru Zahid Əvəzov AZƏRTAC-a bildirib ki, müsabiqə Mədəniyyət, Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin yay tətil xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədilə təşkil edilib.

Müsabiqənin məqsədi tətil ərzində yadda qalan, onların diqqətini çəkən, hadisə və məkanları, fiqur və ya epizodları uşaq və yeniyetmələrin təqdimatında tablo üzərində görməkdir.

İştirak etmək istəyənlər yaratdığı işin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə oktyabrın 20-dək Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru  adlı elektron ünvanına göndərməlidirlər. Müsabiqəyə 12-17 yaş arası uşaqlar və yeniyetmələr qatıla bilər.

Mövzu və düzgün kompozisiyaların üstünlük veriləcəyi müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işləmiş olduğu əsərlər seçiləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR