Dərc edildi: Baxış sayı: 397
Xətai Sənət Mərkəzində ustad dərsləri keçirilir
“ASAN Könüllüləri” təşkilatı “Mədəniyyət carçısı” proqramı çərçivəsində Xətai Sənət Mərkəzi ilə birlikdə rəssamlıq üzrə ustad dərsləri keçirir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ustad dərslərinin təşkilinin məqsədi təsviri incəsənətə marağı artırmaq, bu sahədə həvəskarların qabiliyyətini stimullaşdırmaqdır.
“ASAN Könüllüləri” təşkilatının bir qrup üzvünə ustad dərsləri mərkəzin nəzdində fəaliyyət göstərən uşaq rəsm yaradıcılıq studiyasının müəllimləri Əbdül Şərifov və Röya Əvəzova tərəfindən keçirilir. Dərslər iki ay davam edəcək.
Proqramın sonunda Xətai Sənət Mərkəzində “Rəssamlıq hobbimdir” mövzusunda sərginin təşkili nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət