Dərc edildi: Baxış sayı: 260
Xətai rayonunda torpaq sürüşməsi olub
Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.
Ens.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.
O bildirib ki, hazırda Agentliyin mütəxəssisləri hadisə yerindədir:
"Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək".
Ə.Əliyev, həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət