Slimfit
  1. AZƏRBAYCAN

Xəstəxanalarda donuz qripi ilə bağlı ciddi tədbirlər görülür

Xəstəxanalarda donuz qripi ilə bağlı ciddi tədbirlər görülür
Sakura

Qrip infeksiyasına dair epidemioloji vəziyyət açıqlanıb

"Azərbaycanda donuz qripinə yoluxma halları mövsüm ərzində qeydə alınmayıb. Mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi son illərin orta göstəricisini aşmayıb. Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini tələb edir".

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib. Qeyd olunub ki, artıq bununla bağlı olaraq tibb müəssisələrinə ağır kəskin respirator xəstəlik halları barədə müraciət olduğu halda, dərhal yerli Gigiyena və Epidemiologiya Mərkəzlərinə məlumat verilir.

 

"Şübhəli xəstələrdən götürülmüş nümunələr isə Respublika Taun Əleyhinə Stansiyasına çatdırılır, Respublikanın şəhər və rayonların Gigiyena və Epidemiologiya Mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarəti gücləndirib" – deyə qeyd olunub.

Nazirliyin xəbərinə görə, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün ET Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar ayrılıb. Bununla yanaşı, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında donuz qripi xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib. Sərhəd keçid məntəqələrində hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlar təchiz edilib.

"Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olmuş, donuz qripi aşkar olunmayıb" - deyə bildirilib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR