Xəstələnmək istəyənlər üçün infeksiyalı dəsmallar təklif olunur
Amerika şirkəti Vaev infeksion kağızdan burun dəsmallarının buraxılışı və satışına başladı. Bu barədə UPI xəbər verir.
Asqırıq zamanı ayrılmış selik və tüpürcək ilə hazırlanmış dəsmalı 80 dollara almaq olar. Vaev-in rəsmi saytına istinadən, onlar istifadəçilərə öz istəyi ilə və öz şəraitində xəstələnməyə imkan verəcək. Bundan başqa, şirkətdə hesab edirlər ki, yoluxmuş dəsmallar immuniteti gücləndirir. “İnsanın asqırdığı dəsmal iynə və dərmanlardan təhlükəsizdir”, - saytda iddia edilir.
Vanderbilt Universitetinin tibb məktəbinin professoru Uilyam Şeffner (William Schaffner) Vaev-in ideyasının əsaslı olmağına şübhə etdiyini bildirib. “Əgər dəsmallar həqiqətən aktivdirsə (mən buna şübhə edirəm), bu təhlükəli ola bilər”, - o bildirib. Onun sözlərinə görə, soyuqdəymənin 200-dən çox törədicisi var. Hətta əgər Vaev dəsmalı onlardan birinə yoluxarsa, yaradılmış immunitet digər virusların yaratdığı soyuqdəymədən sığortalamayacaq. Şeffner əlavə edib ki, viruslar dəsmal istehsalçısından buruna qədər səyahət zamanı sağ qalmayacaqlar.
Mənbə: Lenta.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət