Slimfit
  1. AZƏRBAYCAN

Xəstə uşağa baxan anaların nəzərinə! - Bu hüquqlarınız var

Xəstə uşağa baxan anaların nəzərinə! - Bu hüquqlarınız var
Sakura

Xəstə uşağa baxan anaların nəzərinə! - Bu hüquqlarınız var

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.

Sağlamlıq imkanları məhdud olan uşaqlara baxan valideynlərin güzəştləri varmı?

CAVAB: Məlum olduğu kimi Sağlamlıq imkanları məhdud (SİM) 18 yaşınadək uşaqlar 82 manat dəyərində müavinət alırlar.

AR Əmək Məcəclləsinə əsasən

-Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

- İnsanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin SİM 18 yaşınadək uşağı olan valideynlərin-işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddəti — 14 təqvim gününədək;

- SİM uşağı olan qadınlara əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər

-SİM uşağı olan qadınların iş vaxtından artıq işlərə, istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir.

-SİM uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR