Dərc edildi: Baxış sayı: 600
Xəstə Qasım - Yayılan məni
Payız dərdim, qış möhnətim, yaz qənim,
Hicran tapdaq etdi yayılan məni.
Götür qələm, sərxəttimi yaz mənim,
Qoyma dərgahından yayılan məni.
Hüsn içində yar almısan, yar alım,
Soruşmadın, halın nədir yar alım.
Gəncin üstən götürmərəm yar əlim,
Ya əqrəb dişləyə, ya ilan məni.
Məhrum olmaz, şəcər qucub nar əmən,
Sənsiz getməm, behiştə mən, narə mən.
Təcüb qaldım, qoynundakı narə mən,
Niyə atar sərxoş, yay ilan məni?
Xəstə Qasım gördü, əmanə gəldi,
Qəvvaslar dürr üçün əmanə gəldi.
Sinəm ox zərbindən əmanə gəldi,
Dəxi nə tapdarsan yayılan məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət