Dərc edildi: Baxış sayı: 872
Xəstə Qasım - Üzhaüz
Həqiqət bəhrində qəvvasam deyən,
Qəvvas isən, gir dəryaya üzhaüz.
Aşıq deyər: üzhaüz,
Sonam göldə üzhaüz,
Qarı düşmən dost olmaz.
Yalvararsan üzhaüz.
Bir mərd ilə ilqarını vur başa,
Namərd ilə kəs ülfəti üzhaüz.
Parçalandı gəmim, qaldı dərində,
Qərq oldu ümmana, qaldı dərində.
Aşıq deyər: dərində,
Dayazmda, dərində,
Sidqi, qəlbi düz olan,
Hərgiz qalmaz dərində.
Qismət olsa o mövlanım dərində,
Üz döşəyək, səcdə qılaq üzhaüz.
Xəstə Qasım cananma can deyə.
Can danışa, can eşidə, can deyə.
Aşıq deyər: can deyə.
Vəfalıya can deyə,
Görmədim hərcayılar,
Cananma can deyə.
Yox vəfalım, can deyənə can deyə,
Bivəfasan, çək əlini üzhaüz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət