Dərc edildi: Baxış sayı: 628
Xəstə Qasım - Sənəm, gəl
Tərifli gözəllər gəlhagəl oldu,
Yaşıllı, zərbaflı, allı Sənəm, gəl!
Ovçunu görəndə maral baxışlı,
Ay üzü birçəkli, xallı Sənəm, gəl!
Aşıq odur bir söz desin özündən,
Aləm bada gedər ala gözündən,
Danışanda şəkər damar sözündən,
Qaymaq dodaqları ballı Sənəm, gəl!
Xəstə Qasım deyər: hənək hənəkli,
Ağ üzündə qoşa xallar bənəkli,
Ətlas nimtənəli, ipək köynəkli,
Üstü-başı tirmə şallı Sənəm, gəl!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət