Dərc edildi: Baxış sayı: 671
Xəstə Qasım - İndi
Qəm əlindən şikəstəyəm, ovrağam,
Dilim eylər nalə indi, zar indi.
Xeyli vaxtdı camalma müştağam.
Soruş indi, danış indi, yar, indi.
Bizim yerdə naz çəkməyə tab olmaz,
Vallah, hüsnün kimi mahitab olmaz,
Şuxluğuyla məmələrə bab olmaz,
Narmc indi, turunc indi, nar indi.
Mənim yarım illərətən sağ ola.
Dörd çövrəsi behişt ola, bağ ola,
Nə həddi var sədrin kimi ağ ola,
Kağız indi, bəyaz indi, qar indi.
Bülbül olan hərgiz dönməz gülündən,
Dindirərsən bal tökülər dilindən.
Yeddi yerdən sarmaşıbdı belindən,
Xəbərdar ol, səni çalar mar indi.
Mən Qasımam, miskin-miskin baxaram,
Ümman olub dəryalara axaram,
Ah çəkəndə yandırıban yaxaram.
Dolanmasın gül yanına xar indi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət